Məxfilik siyasəti
Son yenilənmə: 8 oktyabr 2026
ilimli platformasını (ilimli.com) NOVARIS GROUP MMC idarə edir. Bu səhifə hansı məlumatları topladığımızı, nə üçün istifadə etdiyimizi və onları necə qoruduğumuzu izah edir. Sualın varsa, [email protected] ünvanına yaz.
Hansı məlumatları toplayırıq
- Hesab məlumatları: adın, e-poçt ünvanın və şifrənin heşi (şifrənin özünü saxlamırıq). Google ilə daxil olursansa, Google-dan yalnız adını, e-poçtunu və Google hesabının identifikatorunu alırıq. Google hesabındakı başqa məlumatlara çıxışımız yoxdur.
- Profil şəkli: yalnız özün yükləsən.
- Öyrənmə məlumatları: oxuduğun dərslər, suallara və məsələlərə verdiyin cavablar, sınaq nəticələrin, bildirdiyin problemlər və sınaqlara qeydiyyatın.
- Haradan gəldiyin: qeydiyyat zamanı səni hansı linkin (məsələn, hansı reklamın) gətirdiyi.
Nə üçün istifadə edirik
- hesabını yaratmaq və səni tanımaq;
- irəliləyişini yadda saxlamaq, nəticələrini və tövsiyələri göstərmək;
- sınaq, nəticə və hesabla bağlı e-poçtlar göndərmək;
- platformanı və dərsləri yaxşılaşdırmaq.
Məlumatlarını satmırıq və reklam şirkətlərinə vermirik.
Kimlərlə paylaşırıq
Yalnız xidmətin işləməsi üçün lazım olan tərəfdaşlarla və yalnız lazım olan qədər:
- Google: Google ilə daxil olanda;
- e-poçt göndərmə xidməti: sənə məktub göndərmək üçün e-poçtun;
- hostinq provayderi: məlumatlar onun serverlərində saxlanılır.
Qanunla tələb olunduqda dövlət orqanlarına məlumat verə bilərik.
Kukilər
Yalnız işləmək üçün lazım olan kukilərdən istifadə edirik: girişini yadda saxlayan sessiya kukisi və bağladığın elan kimi kiçik seçimlər. Reklam və izləmə kukiləri yoxdur.
Məlumatların qorunması
Bağlantılar şifrələnir (HTTPS), şifrələr yalnız heş şəklində saxlanılır, verilənlər bazasının ehtiyat nüsxələrinə yalnız səlahiyyətli şəxslər çıxış edə bilir.
Uşaqlar və yeniyetmələr
Platformadan əsasən məktəblilər istifadə edir. 18 yaşdan kiçik istifadəçilər platformadan valideyninin və ya qəyyumunun xəbəri ilə istifadə etməlidir. Valideyn övladının hesabı ilə bağlı sorğunu [email protected] ünvanına göndərə bilər.
Hüquqların
Məlumatlarına baxmağı, düzəldilməsini və ya silinməsini istəyə bilərsən. Bunun üçün [email protected] ünvanına yaz. Hesabın silinəndə onunla bağlı şəxsi məlumatlar da silinir. Qanunla saxlanmalı olanlar istisnadır.
Dəyişikliklər
Bu siyasəti dəyişsək, yeni versiyanı bu səhifədə yerləşdirəcəyik, vacib dəyişikliklər barədə isə e-poçtla xəbər verəcəyik.